Moskvada oliqarx Suleymanov saxlanılıb

Moskvada oliqarx Suleymanov saxlanılıb
  03 Oktyabr 2025    Oxunub:1114
Rusiya paytaxtında Moskva Cinayət Axtarış İdarəsinin (MCAİ) əməkdaşları milyarder İbrahim Süleymanovu saxlayıblar.
AzVision.az xəbər verir ki, Rusiyanın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “VÇK-OQPU” telegram-kanalı belə məlumat yayıb.

Mənbənin sözlərinə görə, Süleymanov oktyabrın 2-nə keçən gecə saxlanılıb. O, Rusiya Cinayət Məcəlləsinin əvvəlki illərdə baş vermiş hadisələrlə bağlı 105-ci maddəsi ilə adam öldürməkdə ittiham olunur. Hazırda Ssüleymanov Rusiya Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzarət altındadır və müstəntiqlər onun həbsi üçün vəsatət hazırlayırlar.

Süleymanov Rusiyanın ən nüfuzlu, lakin üzdə olmayan kölgədə qalan milyarderlərindən biri hesab sayılır. Əvvəllər fırıldaqçılıq və çirkli pulların yuyulmasında təqsirli bilinən milyarder dəbdəbəli həyat tərzi keçirib və bir neçə oliqarxla əlaqəsi olub. Media onu “kölgə milyarderi” və tanınmış iş adamlarının cinayət ortağı adlandırıb.

İbrahim Ameyeviç Süleymanov 1967-ci il mayın 29-da Dağıstan MSSR-in Rutul kəndində anadan olub. O, Rusiya vətəndaşıdır, Platon Lebedevin (Mixail Xodorkovskinin keçmiş tərəfdaşı) kürəkəni və ölkənin əsas İT infrastruktur şirkətlərindən biri olan “Sirena-Travel ASC”-nin əsas benefisiar sahibidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moskva   Süleymanov   saxlanma  



Xəbər lenti