Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzadıb
  03 Oktyabr 2025    Oxunub:583
Avropa İttifaqı (Aİ) hibrid hərəkətlər adlandırılan ittihamlar üzrə Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Rusiyanın iddia edilən "hibrid aktivliyinin davam etməsi" ilə bağlı məhdudiyyətlər 2026-cı il oktyabrın 9-dək uzadılıb.

Bu sanksiya mexanizmi Aİ-nin Rusiyaya qarşı əsas sanksiyalar paketinə əlavə olaraq ötən il oktyabrın 8-də tətbiq edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti