Böyük Britaniya peyk müdafiəsini gücləndirir

Böyük Britaniya peyk müdafiəsini gücləndirir
  03 Oktyabr 2025    Oxunub:658
Böyük Britaniya düşmənlərin peykləri kor etmək və ya rabitəni kəsmək üçün istifadə edə biləcəyi lazer hücumlarına qarşı sensorlar hazırlayır.
AzVision.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Məlumata görə, layihəyə təxminən 500 min funt sterlinq ayrılacaq. Prosesə Böyük Britaniya Kosmik Komandanlığı və Kosmik Agentliyi cəlb olunub.

Qeyd edək ki, yayda dərc olunan hökumət sifarişli təhlükəsizlik icmalında bildirilmişdi ki, Britaniya rəqib ölkələrin kosmosdakı hücum imkanlarını inkişaf etdirməsi fonunda hərbi kosmik sistemlərini təcili şəkildə gücləndirməlidir.

AzVision.az



Teqlər:



Xəbər lenti