İsrailin müharibədə itkiləri açıqlanıb

   İsrailin müharibədə itkiləri açıqlanıb
  06 Oktyabr 2025    Oxunub:686
2023-cü ilin 7 oktyabrında Fələstinin iranyönümlü HƏMAS terror təşkilatının İsrailə hücumu nəticəsində başlamış müharibədə bu ölkənin ümumilikdə 1152 hərbçisi həyatını itirib.
Bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, göstərilən rəqəmə bu və ya digər şəkildə ölmüş əsgərlər, polis nəfərləri, daxili təhlükəsizlik xidmətinin ("Şin-Bet") əməkdaşları və mülki təhlükəsizlik məmurları daxildirlər. Onların əksəriyyəti Qəzza zolağında, Livanda və İordan çayının qərb sahilində gedən döyüşlərdə həyatını itirib.

Məlumata əsasən, ölən hərbçilərin ailələrinə dəstək məqsədilə 60 milyon şekel (18 milyon ABŞ dolları) həcmində fond yaradılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   müharibə   itki  



Xəbər lenti