Fransanın Baş naziri istefa verib

   Fransanın Baş naziri istefa verib
  06 Oktyabr 2025    Oxunub:967
Fransanın Baş naziri Sebastyen Lekornü Prezident Emmanuel Makrona öz istefa ərizəsini irəli sürüb.
"BBC" telekanalının öz mənbələrinə istinadən yaydığı məlumata əsasən, Emmanuel Makron hökumət başçısının istefasını təsdiqləyib. Beləliklə, Sebastyen Lekornü cəmi 27 günlə Fransanın ən qısa müddət vəzifədə qalan Baş naziri kimi tarixə düşüb.

Eyni zamanda, müxalif Milli Birlik Partiyası prezidenti Milli Assambleyanı buraxmağa çağırıb.

Məlumat üçün bildirək ki, son illər Fransada hökumət və assambleya arasında əsasən iqtisadi məsələlər üzrə fikir ayrılıqları səbəbi ilə vəziyyət gərgindir. Bu çərçivədə 2024-cü ilin əvvəlindən bəri müxalif qüvvələrin təzyiqi nəticəsində ölkənin hökumət başçısı 4 dəfə dəyişib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   baş-nazir   istefa  



Xəbər lenti