Ombudsman beynəlxalq kampaniyada Azərbaycanı təmsil edib
Qeyd edək ki, Ombudsman təsisatı İnformasiya əldə etmək hüququnun təmin olunması sahəsində böyük nüfuza sahib olan, ictimai məlumata çıxışın müdafiəsini və təşviqini həyata keçirmək məqsədilə informasiya ombudsmanlarını, habelə digər sahələrdə fəaliyyət göstərən ombudsmanları və digər qurumları özündə birləşdirən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının (ICIC) 2023-cü ildən tamhüquqlu üzvüdür.
Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü ərəfəsində ICIC-nin, Şəffaflıq və İnformasiyaya Giriş Şəbəkəsinin (RTA) Gender və Həssas Qrupları üzrə İşçi Qrupunun və Buenos-Ayresdən olan həmkarlarımızın dəvəti ilə müvəkkili Səbinə Əliyeva bütün ölkələri bir araya gətirən və mühüm çağırışlara yönəlmiş “Sənin məlumatın, sənin hüququn” (Tu Info, Tu Derecho) kampaniyasında iştirak edib. Bununla da, bütün dünyada informasiya əldə etmək hüququnun əhəmiyyətinin vurğulanmasında, təşviqində, məlumatlılığın artırılmasında və məlumat əldə etmək hüququnun müdafiəsinin gücləndirilməsində dəstək olub. Bu kampaniya çərçivəsində Azərbaycan ombudsmanın da yer aldığı foto-kollaj İber-Amerika ölkələrinin bir çox sosial media platformalarında yayımlanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


