Rar: “Merkel AK-nin sədri olmaq istəyir”

      Rar:    “Merkel AK-nin sədri olmaq istəyir”
  06 Oktyabr 2025    Oxunub:918
Rusiya-Ukrayna müharibəsinin başlamasında Polşanı və Baltkiyanı ölkələri ititham edən Angela Merkel Avropa Komissiyasının (AK) sədri olmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, almaniyalı politoloq Aleksandr Rar “NEWS.ru” nəşrinə müsahibəsində belə iddia səsləndirib.

Onun sözlərinə görə, Brüsseldə AK-nin indiki sədri Ursula fon der Lyayenin rəhbərlik tərzindən narazıdırlar. Bu fonda Fransa prezidenti Emmanuel Makronun AK sədrini tutduğu postdan uzaqlaşdırılmasına yönəlmiş pərdəarxası manevrləri barədə şayiələr yayılır. Eyni zamanda isə, Angela Merkelin də AK sədri vəzifəsinə ambisiyaları və istəkləri ola bilər.

“Siyasi həyata qayıdan Merkelin Brüsseldə Avropa bürokratiyasına rəhbərlik etmək kimi öz ambisiyaları ola bilər. Onun “Siz hamınız Rusiya prezidenti Vladimir Putinlə necə diplomatiya aparacağınızı bilmirsiniz, amma mən bilirəm” arqumenti əslində sabiq kanslerin əlinə oynaya bilər”, - Aleksandr Rar vurğulayıb.

Xatırladaq ki, bundan əvəvl Almnaiyanın keçmiş kansleri Angela Merkel Polşa və Baltikyanı ölkələrin Rusiyanın Ukraynada müharibəyə başlamasına dolayısı ilə səbəb olduqlarını iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Merkel   AK   sədr  



Xəbər lenti