Lekornyu: “İstefamın 3 əsas səbəbi var”

      Lekornyu:    “İstefamın 3 əsas səbəbi var”
  06 Oktyabr 2025    Oxunub:1118
Fransanın baş naziri vəzifəsindən istefa verən Sebastyan Lecornyu qərarının üç əsas səbəbini açıqlayıb.
AzVision.az xəbər verir ki, Fransanın “BFMTV” telekanalı belə məlumat yayıb.

“Bu bazar ertəsi səhər saatlarından etibarən baş nazir funksiyalarını yerinə yetirmək və hökumətin sabah Milli Assambleyada (parlamentin aşağı palatası) çıxış etməsinə imkan vermək üçün lazım olan şərtlər artıq yerinə yetirilmir”, - siyasətçi deyib.

Lekornyu bir ay keçməmiş baş nazir postundan getdi
Onun sözlərinə görə, birinci səbəb hökumətin qanun layihələrini, o cümlədən büdcə layihələrini və sosial təşəbbüsləri parlamentin səsverməsi olmadan qəbul etməsinə imkan verən Konstitusiyanın 49.3-cü maddəsinə istinad göstərməmək vədinə müxalifətin reaksiyasıdır.

- Bu addımın vacibliyinə baxmayaraq, müxalifət qüvvələri “sıçrayış”ı hiss etməyən kimi davranıblar”, - Lekornyu bildirib.

İkinci səbəb kimi o, parlamentdəki partiyaların davranışını göstərib. Siyasətçi partiyaların hər birinin yalnız öz platformasını tam dəstəkləməyə çalışaraq, mütləq çoxluğa sahib olduqları kimi hərəkət etməyə davam etdiklərinə diqqət çəkib.

Üçüncüsü, hökumətin ümumi çərçivədə tərkibi işlək deyildi və bəzən gələcək prezident seçkiləri ilə bağlı bəzi partiya ambisiyalarının oyanmasına səbəb olub ki, bu da əslində kifayət qədər qanunauyğun gedişdir.

Xatırladaq ki, sentyabrın 9-da bu vəzifəyə təyin edilmiş Fransanın baş naziri Sebastyan Lekornyu oktyabrın 6-da istefa verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Lekornyu   istefa   səbəblər  



Xəbər lenti