İrəvan 44 günlük müharibənin hesabatını məxfiləşdirib

   İrəvan 44 günlük müharibənin hesabatını məxfiləşdirib
  06 Oktyabr 2025    Oxunub:1194
44 günlük müharibənin səbəblərini və şəraitini araşdıran komissiyanın hesabatı Ermənistan parlamentinin arxivinə göndərilib.
AzVision.az xəbər verir ki, Ermənistan parlamenti sədrinin mətbuat katibi Movses Arutyunyanın sözlərinə görə, vaxtın müvaiq olmaması səbəbindən hüquqi baxımdan sənədin plenar iclasın gündəliyinə salınması mümkünsüz olub. İndi yalnız məxfi məlumatlara çıxışa malik deputatlar materiallarla tanış ola biləcəklər.

Dövlət və Hüquq Məsələləri Komitəsinin rəhbəri Vladimir Vardanyan bu məsələ ilə bağlı parlament sədri Alen Simonyanın mövqeyini dolayısı ilə dəstəkləyib.

“44 günlük müharibənin şəraitini araşdıran komissiyanın təqdim etdiyi sənəd hazırdır. Dövlət sirlərinə müvafiq çıxışı olan bütün parlament üzvləri onunla tanış ola bilər. Parlament sədrinin məktubuna cavabı ciddi şəkildə qanunvaricilik orqanının reqlamentinə tam uyğun şəkildə verilib”, - Vardanyan vurğulayıb.

O, müdafiə komitəsinin böyük iş gördüyünü və məxfi məlumatlara çıxış almış bütün parlamentarilərin araşdırmanın nəticələri ilə tanışlıq imkanının olduğunu vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   müharibə   məxfilik  



Xəbər lenti