Netanyahu: “İsrail ABŞ-ni İrandan qoruyur”

      Netanyahu:    “İsrail ABŞ-ni İrandan qoruyur”
  07 Oktyabr 2025    Oxunub:804
İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin Amerikanı İranın nüvə raketlərindən qoruduğunu iddia edib.
AzVision.az xəbər verir ki, Netanyahu HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü ərəfəsində dərc olunan amerikalı jurnalist Ben Şapiroya müsahibəsində belə deyib.

“Tehran 8000 km mənzilli raketlər hazırlayır. Daha 3000 km də əlavə edin və Nyu-York, Vaşinqton, Boston, Mayami və hətta ABŞ prezidenti Donald Trampın şəxsi iqamətgahı Mar-a-Laqo da hədəf olacaq”, - İsrailin baş naziri vurğulayıb.

Onun sözlərinə görə, İsrail “Trampın köməyi ilə” İranın qitələrarası nüvə raket proqramını məhv edib. Bu isə İsrailin “effektiv şəkildə Amerikanı müdafiə etməsi” deməkdir.

- HƏMAS hələ məhv edilməyib, amma biz buna çatacağıq. Bizə raketlər tuşlayan HƏMAS-ı hakimiyyətlə saxlamaqla bu müharibəni bitirmək mümkün deyil”, - Qəzzadakı müharibə ilə bağlı Binyamin Netanyahu söyləyib.

Netanyahu diqqətə çatdırıb ki, İsrailin əsas məqsədi HƏMAS əsirliyində qalan girovları azad etməkdir. İsrailin baş naziri hazırda HƏMAS tərəfindən oğurlanan israillilərin rəsmi sayının 48, onlardan 20-sinin sağ olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   ABŞ   qorumaq  



Xəbər lenti