"Əl-Qaidə" lideri öldürülüb

   "Əl-Qaidə" lideri öldürülüb
  08 Oktyabr 2025    Oxunub:861
ABŞ hərbçiləri keçən həftə Suriyada "Əl-Qaidə" terror təşkilatının ali rütbəli rəhbərini zərərsizləşdiriblər.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb. O vurğulayıb ki, oktyabrın 2-də öldürülən terrorçu Məhəmməd Əbdülvəhhab Əl-Əhməd "Əl-Qaidə" ilə əlaqəli "Ənsarül-islam" terror təşkilatının üzvü idi.

Bir neçə gün qabaq ABŞ Müdafiə Nazirliyi ("Pentaqon") Suriyadakı "İraq Şam İslam Dövləti" (İŞİD) təhlükəsinə xüsusi diqqət ayrıldığını, eyni zamanda, İraqdakı bazaların gücləndirildiyini, Ərbilə yenidən qoşun yerləşdirildiyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Suriya   Əl-Qaidə   terrorçu  



Xəbər lenti