Makron bəyanatla çıxış edəcək

   Makron bəyanatla çıxış edəcək
  08 Oktyabr 2025    Oxunub:806
Fransa prezidenti Emmanuel Makron oktyabrın 8-i axşam saatlarında rəsmi açıqlama verməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, “Le Figaro” nəşrinin məlumatına görə, çıxış Makronun “siyasi qüvvələrlə yekun müzakirələr” üçün müəyyən etdiyi müddətin bitməsi vaxtına nəzərdə tutulub. Danışıqlara keçmiş baş nazir Sebastyan Lekornyu rəhbərlik edir.

Xatırladaq ki, oktyabrın 6-da həm Makron tərəfdarları, həm də müxalifət tərəfindən qınanılan yeni hökumətin elan edilməsindən bir neçə saat sonra Lecornyu cəmi 27 gün tutduğu baş nazir postundan istefa verib.

Lekornyu: “İstefamın 3 əsas səbəbi var”
Fransa prezidenti isə, öz növbəsində, Lekornyuya “siyasi qüvvələrlə yekun müzakirələr” aparmaq üçün 48 saat ayırıb.

Oktyabrın 7-də “İtaətsiz Fransa” partiyasının lideri Matilda Pano Milli Assambleyanın (parlamentin aşağı palatası) Bürosunun Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması təklifinə baxacağını açıqlayıb.

Artıq 104 deputatın imzaladığı qətnamə üzrə səsvermə oktyabrın 8-nə təyin edilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   bəyanat  



Xəbər lenti