Danimarkada sosial şəbəkə uşaqlar üçün məhdudlaşdırıla bilər
"Düzdür, sosial şəbəkənin istifadəsi 15 yaşdan kiçik uşaqlar üçün məhdudlaşdırılmalıdır. Valideynlər övladlarının bu platformalara girişinə məhz həmin yaşdan etibarən icazə verməlidirlər", – xanım Frederiksen söyləyib. Hərçənd hansı platformalarını nəzərdə tutduğunu, qadağanın təcrübədə necə işləyəcəyini diqqətə çatdırmayıb.
Eyni zamanda, bildirilir ki, hökumətin bu təklifi irəli sürməyinə baxmayaraq, müvafiq qanun layihəsinin 2027-ci ilədək hazırlanıb parlamentdə baxılması şansı azdır.
Firudin Həmidli
AzVision.az
Teqlər: Danimarka sosial-şəbəkə məhdudiyyət







Vaxtında, Aydın, Lazımlı!


