Fransa mediası: “Zalujnı Zelenskini əvəz etməyə hazırlaşır”

      Fransa mediası:    “Zalujnı Zelenskini əvəz etməyə hazırlaşır”
  08 Oktyabr 2025    Oxunub:966
Ukraynanın bir sıra yüksək rütbəli hərbçiləri ölkə prezidenti postuna mümkün namizədliyi ilə bağlı Ukrayna Silahlı qüvvələrinin (USQ) sabiq Baş Komandanı və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının komandasına qoşulmaq təklifi alıb.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Fransanın “Intelligence Online” portalının iddiasına görə, hazırkı prezident Volodimir Zelenskinin Zalujnı ilə mümkün əvəzlənməsindən sonra hərbi qulluqçulara Ali Radanın deputatı olmaq təklif edilib. Lakin portal bunun USQ-nin keçmiş Baş komandanının rəhbərlik etdiyi siyasi partiyanın yaradılmasını nəzərdə tutub-tutmadığını dəqiqləşdirməyib.

“Zalujnı prezidentliyə əsas namizəddir. Sorğular göstərir ki, Ukrayna yenidən seçki keçirə bildikdən sonra o, güclü dəstək alacaq”, - portalın dərc etdiyi materialda deyilir.

“Intelligence Online” nəşri Zalujnının öz “gələcək siyasi planları haqqında susduğunu” , onun komandası isə Ukraynanın Böyük Britaniyadakı səfirinin Londonda ictimai çıxışlarını diqqətlə izlədiyini bildirir.

Portal həmçinin iddia edir ki, Zelenskinin potensial əvəzedicilərindən biri də Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanovdur. Budanov BKİ-nin mətbuat katibi Andrey Yusovu seçki qərargahının rəhbəri təyin edəcəyini açıqlayraq, dolayısı ilə prezidentliyə namizədliyini irəli sürmək niyyətini təsdiqləyə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zalujnı   Zelenski   əvəzləmək  



Xəbər lenti