Yeni tariflər Meksikaya böyük zərbə vuracaq

   Yeni tariflər Meksikaya böyük zərbə vuracaq
  08 Oktyabr 2025    Oxunub:1030
"ABŞ hökumətinin orta və ağır yük maşınlarının idxalı üçün gömrük rüsumu irəli sürməsi Meksikaya 15 milyard dollara başa gələ bilər".
Bu sözləri Meksikanın iqtisadiyyat və xarici ticarət nazirinin müavini Luis Rosendo Qutierres "Bloomberg"in nəzdindəki Yeni Energetika Maliyyəsi Şirkətinin ("BloombergNEF") keçirdiyi forumda dilə gətirib. O vurğulayıb ki, ABŞ-nin ağır yük maşınlarının təqribən 70%-ni Meksikadan alır: "Belə bir səviyyəni nəzərə alsaq, 25% rüsumun müəyyənləşdirilməsi ölkəmizin iqtisadiyyatına ciddi zərbə vuracaq".

Eyni zamanda, Meksika Prezidenti Klaudiya Şeynbaum da mətbuata açıqlamasında diqqətə çatdırıb ki, o bu məsələ ilə əlaqədar Donald Trampla müzakirə aparmaq istəyir. Onun sözlərinə görə, rüsum tətbiqi bir çox ölkəyə təsir göstərəcək, amma Meksika daha ağır zərərə uğrayacaq.
ABŞ yük maşınları idxalına rüsum irəli sürür

ABŞ Prezidenti Donald Tramp dünən özünün "Truth" hesabında məlumat yayıb ki, hökumət noyabrın 1-dən etibarən digər ölkələrdən gətirilən bütün orta və ağır yük maşınları üçün 25% gömrük rüsumu müəyyənləşdirəcək. Məhz Meksika ABŞ-yə yük maşınlarının ən böyük ixracatçısıdır. Cari ilin yanvar ayına aid statistikaya əsasən, adıçəkilən ölkədən ABŞ-yə gətirilən həmin növ maşınların sayı 2019-cu ildən bəri 3 dəfə artaraq hazırda təxminən 340 minə çatıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Meksika   ABŞ   yük-maşını   rüsum  



Xəbər lenti