ABŞ aeroportlarının işində problemlər yaranıb

 ABŞ aeroportlarının işində problemlər yaranıb
  08 Oktyabr 2025    Oxunub:987
ABŞ hökumətinin fəaliyyətini dayandırması (şatdaun), ənənəvi hava nəqliyyatı dispetçerlərinin çatışmazlığı ilə birlikdə Birləşmiş Ştatlarda uçuş gecikmələrinin artmasına səbəb olub.
“АВС” telekanalına istinadən xəbər verir ki, bu həftənin əvvəlində yalnız Dallas, Çikaqo, Memfis və Neşvill kimi ABŞ-nin əsas hava mərkəzlərində uçuş gecikmələri 2,5 saata çatıb. Kaliforniyadakı “Burbank” hava limanının idarəetmə qülləsində isə bir ara təxminən altı saat əməkdaş olamyıb. Təkcə oktyabrın 6-da bütün ölkə üzrə gecikmələr 4 mindən çox reysə təsir edib.

“İdarəetmə qülləsi personalının çatışmazlığı yeni problem deyil, lakin şatdaun onu yenidən diqqət mərkəzində saxlayıb və bu məsələni daha da dərinləşdirib. Hava nəqliyyatı dispetçerləri kritik hallar üzrə işçilər hesab olunurlar, buna görə də onlar hətta şatdaun zamanı da əmək haqqı almadan işləməyə davam edirlər”, - Milli Aviadispetçerlər Assosiasiyasının prezidenti Nik Daniels telekanaa açıqlamasında deyib.

Reuters: “Şatdaun dolları silkələyib”
ABŞ-nin Nəqliyyat nazirliyinin məlumatına görə, təxminən 13 200 dispetçer oktyabrın 14-də son maaşlarını alacaq.

- Bu vəziyyət xərcləri ödəmək üçün bizi əlavə gəlir variantları axtarmağa məcbur edir. Nəticədə ölkə üzrə xəstəlik məzuniyyəti alan aviadispetçerlərin sayı kəskin artıb. Bu səbəbdən, ABŞ-nin bəzi hava limanlarında onların sayı artıq 50% azaldılıb”, - ABŞ-nin Nəqliyyat naziri Şon Daffi diqqətə çatdırıb.

Xatırladaq ki, ABŞ-nin federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı fəaliyyətini qismən dayandırıb. Bu, Konqresdəki hakim Respublikaçı və müxalif Demokratik partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib.

Tərəflər bir-birini siyasi məqsədlər üçün şatdauna təhrik etməkdə və onu uzatmaqda günahlandırırlar.

Yeri gəlmişkən, “CNN” telekanalının məlumatına görə, Federal işçilərin iki həmkarlar ittifaqı, öz növbəsində, prezident Donald Trampın şatdaun zamanı kütləvi ixtisarlar həyata keçirməsinə mane olmaq üçün Kaliforniyada məhkəməsinə müraciət edib.



Teqlər:   ABŞ   şatdaun   aeroportlar  



Xəbər lenti