İngiltərədə sinaqoqa hücum edən şəxs İŞİD üzvü olub

İngiltərədə sinaqoqa hücum edən şəxs İŞİD üzvü olub
  08 Oktyabr 2025    Oxunub:682
İngiltərənin şimalında yerləşən sinaqoqa edilən hücum nəticəsində üç nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatları açıqlanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu hadisə zamanı polisə zəng edərək İŞİD adından hərəkət etdiyini söyləyib.

Polisin məlumatına görə, 35 yaşlı Britaniya vətəndaşı, suriyalı əsilli Cihad Əl-Şami keçən həftə Mançesterin Krumpsall rayonundakı "Heaton Park Hebrew Congregation" sinaqoqu yaxınlığında avtomobilini piyadaların üzərinə sürüb, daha sonra bıçaqla insanlara hücum edib.

Silahlı polis əməkdaşları hadisə yerində Əl-Şamini atəş açaraq zərərsizləşdiriblər.

Böyük Britaniyanın Terrorçuluqla Mübarizə Polis Xidmətinin rəhbəri Lourens Teylor isə ötən həftə açıqlamasında deyib ki, ilkin araşdırmalara görə, Əl-Şami radikal dini ideologiyanın təsiri altında ola bilər. Lakin hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün zamana ehtiyac var.

AzVision.az



Teqlər:



Xəbər lenti