Peskov: "Liderlərin görüşünə nikbin yanaşırıq"

      Peskov:    "Liderlərin görüşünə nikbin yanaşırıq"
  09 Oktyabr 2025    Oxunub:1107
"Moskva Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyevin görüşünə nikbinliklə yanaşır".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov yerli mətbuata açıqlamasında dilə gətirib. Müvafiq suala cavabında vurğulayıb ki, liderlərin görüşü iki ölkə arasında meydana gələn anlaşmazlıqların müzakirəsi üçün fürsət sayıla bilər.

"Hazırda gündəliyimizdə bir çox məsələ var. Hər halda, əlbəttə, söhbət Rusiya-Azərbaycan münasibətlərindən gedir. Prezidentlərin bu günə razılaşdırılan görüşündə, ümidvarıq ki, onlar qarşılıqlı münasibətlərin cari vəziyyəti ilə əlaqədar danışıqlar aparacaqlar, məsələləri qaydasına salacaqlar", – Dmitri Peskov söyləyib.

Məlumat üçün bildirək ki, bu gün Müstəqil Dövlətlər Birliyinin Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən sammitində İlham Əliyevlə Vladimir Putinin görüşü nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   prezident   görüş  



Xəbər lenti