Türkiyə Almaniyaya "Togg" ixracını artırır

   Türkiyə Almaniyaya "Togg" ixracını artırır
  09 Oktyabr 2025    Oxunub:1106
"Almaniyaya ilkin mərhələdə 100 ədəd "Togg" avtomobilinin ixracı həyata keçirilib".
Bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat "Türkiyə İnnovasiya Həftəsi"ndə çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, cari ilin sonunadək adıçəkilən ölkəyə daha 1000 ədəd "Togg" avtomobili satılacaq.
TOGG-un yeni modeli üzrə sınaqlar başa çatıb | VİDEO

Məlumat üçün bildirək ki, Türkiyənin Avtomobil Müəssisələri Qrupu (TOGG) 2018-ci ilin iyununda qurulub. Qrupun ilk avtomobilinin ("Togg T10X") 2022-ci ilin 29 oktyabrında kütləvi istehsalına başlanıb. Model 2023-cü ildən martında satışa buraxılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   TOGG   Almaniya   ixracat  



Xəbər lenti