ISW: “Putin Ukraynanın tükənməsinə ümid edir”
ISW-nin analitiklərinin fikrincə, Rusiya lideri öz ölkəsinin qələbəsinə həqiqətən də əmindir və Ukraynanın tam məğlubiyyətinə ümid edir.
“Putinin bu məqsədə çatmağa və Qərblə üz-üzə durmağa yönəlmiş strategiyası özünəməxsus qaydaları ilə “tükəndirici müharibə” konsepsiyasına əsaslanır. Bu tip münaqişə uzun müddət ərzində resursları, iqtisadi potensialı və mənəviyyatı qoruyub saxlamaq imkanı nəzərə alınmaqla, yaşamaq uğrunda mübarizədir”, - hesabatda vurğulanır.
İnstitutun ekspertləri bildirirlər ki, Rusiya lideri işğal olunmuş ərazilərdə yanacaq qıtlığı və qiymətlərin artması fonunda Ukraynanın neft emalı zavodlarına genişmiqyaslı hücum kampaniyasını etiraf edib.
Xatırladaq ki, sülh yolu ilə həll istiqamətində son mühüm addım Vladimir Putinin Amerikalı həmkarı Donald Trampla Alyaskada görüşü olub. Lakin Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov oktyabrın 8-də bəyan edib ki, həmin görüş zamanı ortaya çıxan təşəbbüs Avropa ölkələrinin hərəkətləri ucbatından xeyli zəifləyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya Ukrayna tükənmə







Vaxtında, Aydın, Lazımlı!


