Uşakov: "Kreml Trampı dəstəkləməyə hazırdır"
“Əgər bizdən soruşsaydılar, düşünürəm ki, indi bunu dəstəkləyərdik. Kiyevə uzaqmənzilli “Tomaqavk” raketləri verəcəyi təqdirdə Ukraynanın Trampı Nobel mükafatına namizədliyini dəstəkləməyə hazır olması barədə bəyanatı isə çox təəccüblüdür”, - Vladimir Putinin köməkçisi deyib.
Xatırladaq ki, oktyabrın 9-da Ukrayna prezidenti Volodimir Zelenskiyə istinad edən “Politico” nəşri Kiyevin Trampın Nobel mükafatına layiq görülməsini “Tomaqavk” raketləri ilə əlaqələndirdiyini yazıb.
- Müharibəyə son qoymaq planı asan olmayacaq, lakin bu, şübhəsiz ki, irəliyə doğru yoldur. Əgər Tramp dünyaya, xüsusən də Ukrayna xalqına belə bir atəşkəs şansı verərsə, bəli, onun Nobel Sülh mükafatına namizədliyi irəli sürülməlidir. Biz onu Ukrayna adından irəli sürürük”, - Zelenski jurnalistlərə sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Trampla görüşündən danışarkən deyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


