Rusiyada Məmmədəli Ağayev azadlığa buraxılıb

   Rusiyada Məmmədəli Ağayev azadlığa buraxılıb
  10 Oktyabr 2025    Oxunub:1581
Rusiya tərəfi Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi azadlığa buraxıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb. Məmmədəli Ağayev 2025-ci ilin avqustunda Moskvada saxlanılmışdı.

Məmmədəli Ağayev 1992-2021-ci illərdə Satira Teatrına rəhbərlik edib. O, bir sıra dövlət mükafatlarına və fəxri adlara, o cümlədən Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, “Dostluq” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Rusiya Federasiyasının Əməkdar artisti, Azərbaycanın “Dostluq” ordenlərinə layiq görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti