ABŞ-nin Çinə 100 faizlik tarifi kripto bazarını çökdürdü

   ABŞ-nin Çinə 100 faizlik tarifi kripto bazarını çökdürdü
  11 Oktyabr 2025    Oxunub:1408
ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ-a ixrac etdiyi məhsullara əlavə 100 faiz tarif tətbiq edəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, ABŞ Prezidenti qərarın noyabrın 1-dən qüvvəyə minəcəyini deyib. Prezident bu addımı Çinin nadir torpaq elementlərinə ixrac nəzarəti tətbiq etdiyi üçün atdığını bildirib.

Trampın açıqlamasından sonra kriptovalyuta bazarında aprelin əvvəlindən bəri ən böyük eniş qeydə alınıb. Belə ki, bazar dəyərinə görə ən böyük kriptovalyuta olan bitkoin 12 %-dən çox ucuzlaşıb və bundan sonra eniş dayanıb. "Ethereum", XPR və BNB kriptovalyutalarının dəyəri isə 15% azalıb.

Bir neçə saat ərzində kriptovalyuta bazarının kapitallaşması təqribən 4.25 trilyon dollardan 4.05 trilyon dollara düşüb.


AzVision.az


Teqlər:



Xəbər lenti