Tsarukyan Paşinyana qarşı ittifaq yaradır

   Tsarukyan Paşinyana qarşı ittifaq yaradır
  11 Oktyabr 2025    Oxunub:1493
Suren Surenyantsın rəhbərlik etdiyi “Demokratik Alternativ” partiyası oliqarx Qaqik Tsarukyanın irəli sürdüyü “Ermənistanın təklifi” təşəbbüsünə qoşulub.
AzVision.az Ermənistan mediasına istinadən xəbər veirr ki, “Həyat üçün ölkə” partiyası ilə də ittifaq mümkündür, lakin onun həmtəsisçisi Mesrop Arakelyan hələlik bu məsələ ilə bağlı rəsmi müzakirələrin aparılmadığını bildirib.

“Tsarukyanın təşəbbüsü 2026-cı il seçkiləri üçün əsas siyasi platformalardan birinin formalaşmasına yönəlib. Layihənin komandası ekspert və diplomatik icmaların nümayəndələri ilə danışıqlar aparır”, - erməni KİV-ləri yazır.

İştirakçılar arasında həmçinin Ermənistanın keçmiş Xarici İşlər naziri Ara Ayvazyanın olduğu iddia edilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tsarukyan   Paşinyan   rəqabət  



Xəbər lenti