"Slow Food" Azərbaycanda yeni layihələr reallaşdıracaq

"Slow Food" Azərbaycanda yeni layihələr reallaşdıracaq
  11 Oktyabr 2025    Oxunub:1396
"COP29 zamanı Azərbaycana gələndə bir arzum vardı: burada yerli "Terra Madre" tədbirinin keçirilməsi. Bu gün həmin arzu gerçəyə çevrilib. "Terra Madre Shaki"nin ilk buraxılışını açmaqdan böyük məmnunluq hissi duyuram".
Bu sözləri "Slow Food International"ın (SFI) prezidenti Edvard Mukibi Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı, tabeliyindəki Turizm Bürosu və Milli Kulinariya Mərkəzinin, eləcə də SFI-nin əməkdaşlığı ilə Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən "Terra Madre Shaki" qastronomiya festivalında dilə gətirib. O söyləyib ki, hazırkı tədbir yalnız başlanğıcdır.

"Məqsədimiz iki il ərzində Azərbaycanda regional "Terra Madre" tədbirinə ev sahibliyi etməkdir. Bu təşəbbüs "Terra Madre Torino"dan tutmuş Amerikaya və Asiya-Sakit okean regionunadək qlobal hərəkatın bir hissəsidir. "Slow Food" burada şəbəkəsini genişləndirəcək, biomüxtəlifliyin qorunmasına və aqroekologiyanın inkişafına fokuslanacaq", - Edvard Mukibi deyib.

SFI prezidenti diqqətə çatdırıb ki, layihə çərçivəsində "Slow Food Travel” həmçinin Lənkəran istiqamətində də marşrutlar həyata keçirəcək.

"Yerli aşpazlar və şərab istehsalçıları bu missiyanın əsas hissəsidir. Gəlin "Terra Madre Shaki"dən istifadə edərək ənənələrimizi yaşadaq, Azərbaycanın qidası, insanı və cəmiyyət üçün daha dayanıqlı gələcək quraq".

AzVision.az


Teqlər: DTA   SlowFood  



Xəbər lenti