Ermənistanda kilsədə qətl törədilib

Ermənistanda kilsədə qətl törədilib
  12 Oktyabr 2025    Oxunub:1098
Ermənistanın Kotayk bölgəsinin Çarentsavan şəhərindəki kilsədə bir nəfər vəhşicəsinə qətlə yetirilib.
Erməni mətbuatının yaydığı məlumata görə, öldürülən şəxs dini ibadət üçün kilsəyə gəlib. Naməlum səbəblərdən kilsədə dərin bıçaq zərbələri alıb. Həmin şəxs xəstəxanaya çatdırılsa da, o, özünə gəlmədən ölüb.

Bəzi məlumatlara görə, həmin şəxs Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olub və məbəddə din xadimləri ilə mübahisə edib. Bəzi siyasətçilərin fikrincə, həmin şəxs kilsə ilə hakim partiya arasındakı çəkişmənin qurbanı olub.


Teqlər: Ermənistan  



Xəbər lenti