HƏMAS girovları vaxtında azad edəcəyini təsdiqləyib

HƏMAS girovları vaxtında azad edəcəyini təsdiqləyib
  12 Oktyabr 2025    Oxunub:1099
HAMAS və Qəzza zolağında fəaliyyət göstərən digər qruplar razılaşdırılmış son tarixə, yəni oktyabrın 13-ü günorta saatlarına qədər bütün israilli girovları azad etmək niyyətlərini təsdiqləyiblər.
AzVision.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzirə” telekanalına HƏMAS-ın yüksək vəzifəli mənbəsi bildirib.

“Fələstinin müqavimət qrupları razılaşdırılmış müddət ərzində öhdəliklərini yerinə yetirəcəklərini və girovları azad edəcəklərini təsdiqləyiblər”, - mənbə telekanala bildirib.

Mənbənin sözlərinə görə, HAMAS və müttəfiqləri canlı girovların siyahıyaalınmasını başa çatdırıb və onları köçürməyə hazırlıq məqsədilə Qəzza zolağında bir neçə yerə paylayıb.

Mənbə onu da bildirib ki, HAMAS və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndə heyətləri girovların köçürülməsi ilə bağlı mexanizmi razılaşdırmaq üçün bazar günü axşam görüşməyi planlaşdırır.

O qeyd edib ki, israillilərin köçürülməsi prosesi Qəzza zolağında üç fərqli marşrut üzrə baş verəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti