Ölkələr HƏMAS-ı silahı yerə qoymağa çağırırlar

   Ölkələr HƏMAS-ı silahı yerə qoymağa çağırırlar
  13 Oktyabr 2025    Oxunub:1071
"Qətər, Misir və digər ərəb dövlətləri, habelə Türkiyə İsrail tərəfi ilə gələcək sülh danışıqlarını dəstəkləmək məqsədilə Fələstinin iranyönümlü HƏMAS terror təşkilatını silahı yerə qoymağa çağırırlar".
Bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful ölkənin "Deutschlandfunk" radiosuna müsahibəsində söyləyib. O vurğulayıb ki, adları çəkilən ölkələr HƏMAS-ın artıq aktiv qalmasını istəmirlər.

"Onlar bu məqsədlə lazımınca təzyiq göstərirlər, çünki əks təqdirdə, çağırış nəticə verməyəcək", – nazir bildirib.
Qəzzada ilk 7 əsir BQXK-yə təhvil verilib

Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri də gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   HƏMAS   İsrail   atəşkəs  



Xəbər lenti