"Euronews" İsmayıllıdan buraxılış hazırlayıb

"Euronews" İsmayıllıdan buraxılış hazırlayıb
  13 Oktyabr 2025    Oxunub:885
"Euronews" telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində İsmayıllı rayonunundan bəhs edən süjet yayımlayıb.
AzVision.az xəbər verir ki, 6 hissədən ibarət olan "Around Azerbaijan" seriyasının birinci buraxılışı Qafqazın son kolxozu kimi tanınan İsmayıllının İvanovka kəndinə həsr olunub.

Buraxılışda İsmayıllının zəngin mədəniyyəti, sənətkarlıq nümunələri, aqroturizm, şərabçılıq ənənələrindən, eləcə də İvanovka kəndinin əsasını qoyan molokanların öz irslərinə sadiqliyindən bəhs olunur.

Buraxılışa baxmaq üçün bu linkə keçid edə bilərsiniz.

AzVision.az


Teqlər: Euronews   İsmayıllı  



Xəbər lenti