Bayden Qəzza ilə bağlı Trampa təşəkkür edib

   Bayden Qəzza ilə bağlı Trampa təşəkkür edib
  14 Oktyabr 2025    Oxunub:1016
ABŞ-ın keçmiş prezidenti Co Bayden Qəzzada atəşkəsə görə Donald Trampın rəhbərliyi altındakı ABŞ administrasiyasına minnətdarlığını bildirib və Yaxın Şərqdə dinc gələcəyə ümid etdiyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Bayden öz Facebook səhifəsində yazıb. “İndi ABŞ və dünyanın dəstəyi ilə Yaxın Şərq davamlı olacağına ümid etdiyim sülh, eləcə də israillilər və fələstinlilər üçün eyni dərəcədə dinc, ləyaqətli və təhlükəsiz bir gələcəyə doğru gedir. Prezident Trampa və onun komandasına işlərinə görə təşəkkür edirəm”, - deyə o bildirib.

O, həmçinin Tramp administrasiyasının müharibəni bitirmək, israilli girovları əsirlikdən geri qaytarmaq və Fələstinli mülki şəxslərə yardım göstərmək səylərini qeyd edib. Sabiq prezident vurğulayıb ki, “razılaşmaya gedən yol asan olmayıb”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti