Maduro: “Mariya Maçado cadugərdir”

   Maduro:    “Mariya Maçado cadugərdir”
  14 Oktyabr 2025    Oxunub:1398
Venesuela prezidenti Nikolas Maduro 2025-ci ilin Nobel Sülh mükafatını qazanmış müxalifət lideri Maria Korina Maçadonu “iblis cadugər” adlandırıb.
AzVision.az xəbər verir ki, “Newsweek” jurnalı belə məlumat yayıb.

“Venesuela müxalifətinin lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatına layiq görüləndən bir neçə gün sonra prezident Maduro onu kəskin tənqid edərək “iblis cadugər” adlandırıb”, - jurnalda dərc olunan materialda deyilir.

“El Universal” nəşrinin yazdığına görə, Maduro mükafatın qalibinin “əhalinin 90%-i tərəfindən rədd olunduğunu” iddia edir. Nikolas Maduro bildirib ki, Venesuela xalqı öz ölkəsini “ləyaqət və bərabərliklə ədalətli sülhə razı olmayanların hücumlarından” müdafiə etməyə hazırdır.

Xatırladaq ki, Marya Korina Maçado oktyabrın 10-da 2025-ci ilin Nobel Sülh mükafatını alıb. Bundan əvvəl Venesuela müxalifətinin lideri 20 ildən çox ölkənin keçmiş prezidenti Uqo Çavesə və onun varisi Nikolas Maduroya qarşı mübarizə aparıb.

Nobel Komitəsi xanım Maçadonun bu mükafata “Venesuela xalqının demokratik hüquqlarının inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün yorulmaz fəaliyyətinə görə” layiq görüldüyünü açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Maduro   Maçado   cadugər  



Xəbər lenti