Laçında aparılan quruculuq işlərinin birinci mərhələsi bitib
Bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov 30-cu Xəzər İnşaat Həftəsinin açılış mərasimində söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda azad edilmiş ərazilərin bərpası və inkişafı uğurla davam edir.
“Bu bərpa prosesində Laçın rayonunun xüsusi yeri var. Laçın rayonu azad olunduqdan sonra, son 3 ildə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bərpanın birinci mərhələsi uğurla başa çatıb, 3 kənd yenidən inşa edilərək istifadəyə verilib. Həmçinin Laçın ərazisində 30-da artıq yeni müəssisə tikilib, Laçın Hava Limanı və “Laçın" İstirahət Kompleksi istifadəyə verilib. Sadalananlar bölgədə həyata keçirilən böyük layihələrin yalnız bir hissəsidir. Qarşıdakı illərdə iri su hövzələrinin və irriqasiya sistemlərinin yaradılması, şəhərlərin içməli su ilə təminatının yaxşılaşdırılması və turizm infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılacaq”, - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


