Bakıda taksilərin sayına limit qoyuldu
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və bu Qərarın 1-ci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


