Eyni zamanda, xəbərdə İspaniya, Fransa və Böyük Britaniyanın bu məsələdə geri çəkildiyinə görə tənqid olunduqları vurğulanır.
|
| Kiyev: "Ukrayna üçün limit ləğv olunub" |
“Sən güclü olanda sülh əldə edilir. Güclü sözlər işlətdiyiniz və ya barmağınızı silkələdiyiniz zaman yox, rəqiblərinizin hörmət etdiyi güclü və real imkanlarınız olduqda. Bu gün biz daha çox ölkədən Ukraynaya bu münaqişəni sülh yolu ilə sona çatdırmaq üçün daha çox yardım göstərəcəyini və daha çox alacağını gözləyirik”, - Pentaqonun rəhbəri vurğulayıb.
Bununla yanaşı, yeni öhdəliklər gözlədiyini deyən NATO-nun baş katibi Mark Rütte bu mexanizm vasitəsilə artıq 2 milyard dollar ayrıldığını vurğulayıb.
- Lakin bu məbləğ Ukrayna prezidenti Volodimir Zelenskinin hələ oktyabr ayına qədər almaq istədiyi 3,5 milyard dollardan azdır”, - “The Guardian” yazır.
“Kiyev Dünya İqtisadiyyatı İnstitutu”, öz növbəsində iyul və avqust aylarında Ukraynaya hərbi yardımın ilin birinci yarısı ilə müqayisədə 43% azaldığını bildirib.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın NATO-dakı səfiri Alyona Getmançuk jurnalsitlərə açıqlamasında Donald Trampın hakimiyyəti dövründə ABŞ-nin Avropanın Ukraynaya hərbi yardımına qoyduğu limitin ləğv olunduğunu deyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


