Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AzVision.az -a bildirilib ki, Abşeron rayonunda keçirilən tədbir zamanı əvvəllər də narkotiklə bağlı cinayət törətdiyi üçün azadlığı məhdudlaşdırılan 39 yaşlı Nurlan Allahverdiyev saxlanılıb. Ondan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Araşdırma zamanı N. Allahverdiyevin ölkə ərazisində narkotiklərin satışını və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir”, - deyə məlumatda vurğulanıb.
AzVision.az