Bakıdan Xırdalana ekspres marşrut xətti açılır
Bildirilib ki, Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və "Kristal Abşeron" yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, "20 Yanvar" metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,60 manat müəyyən edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


