Fransa parlamenti Lekornyu ilə bacarmadı

   Fransa parlamenti Lekornyu ilə bacarmadı
  16 Oktyabr 2025    Oxunub:822
Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) yenidən baş nazir təyin olunmuş Sebastyen Lecornunun başçılıq etdiyi hökumətə etimadsızlıq haqqında qətnaməni rədd edib.
AzVision.az Rusiyanın “TASS” agentliyinə istinadən xəbər verir ki, parlamentdə keçirilmiş səsvermənin nəticələri bunu göstərib.

“Tələb olunan səs çoxluğu əldə olunmadı və qətnamə rədd edildi”, - Milli Assambleyanın spikeri Yael Bron-Pive səsvermədən sonra deyib.

Qətnamənin qəbulu üçün azı 289 səs tələb olunsa da, Nazirlər kabinetinin istefasının lehinə cəmi 271 deputat səs verib.

Fransada yeni hökumət formalaşdırılıb
“Reuters” agentliyinin məlumatına görə, bu, Lekornunun prezident Emmanuel Makronun mübahisəli pensiya islahatını dayandıracağına söz verdikdən sonra “Sosialist Partiyası”ndan təmin etdiyi dəstək sayəsində mümkün olub. Nəticədə ifrat solçu “İtaətsiz Fransa” partiyasının təşəbbüsü lazımi dəstəyi ala bilməyib.

- Oktyabrın 16-da Milli Assambleya ifrat sağçı “Milli Birlik” partiyasının təşəbbüsü ilə növbəti etimadsızlıq səsverməsinə baxacaq. Lakin bu qətnamənin də uğursuz olacağı gözlənilir”, - agentlik yazır.

Xatırladaq ki, 3 gün əvvəl prezident Emmanuel tərəfindən təkrarən baş nazir təyin olunan Sebastyen Lekornyu Fransanın yeni hökumətini formalaşdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Fransa   parlament   hökumət  



Xəbər lenti