Azərbaycana daxil olan suyun həcmi 30 faiz azalıb
Nazir müavininin sözlərinə görə, son on ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı 6 dəfə artıb. Meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb. Yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.
“Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır”, – deyə Umayra Tağıyeva vurğulayıb.
O əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb: “Bu ilin aprel ayında Bakıda bir sutkada yağan yağıntının miqdarı üçaylıq normanı ötüb və nəticədə iki nəfər həyatını itirib. 2019-cu ildə isə güclü külək paytaxtın infrastrukturuna zərər vurub. Belə halların qarşısını almaq üçün dövlət qurumları arasında koordinasiyalı fəaliyyət və hava proqnozlaşdırma sistemlərinin inkişafı vacibdir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


