Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

 Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  17 Oktyabr 2025    Oxunub:485
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda təklif edilən dəyişiklikdə öz əksini tapıb. Moped idarə etmək üçün A1 növündə sürücülük vəsiqəsi veriləcək. Dəyişiklikdə mopedlərin dövlət qeydiyyatına alınaraq uçota götürülməsi də nəzərdə tutulur.

AzVision.az


Teqlər:



Xəbər lenti