Məlumat verilib ki, Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunan sərgi təkcə Qələbənin xatirəsi deyil, eyni zamanda Azərbaycan xalqının yenilməzliyinin, sarsılmaz iradəsinin və Qarabağın sürətli bərpasının fotolara köçmüş ifadəsidir. Sərgi həm şəhidlərimizin ruhuna ehtiram, həm də doğma torpaqlarına qayıdan soydaşlarımızın qürur hissinin təcəssümüdür.
Sərgi çərçivəsində uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. Təcrübəli sənət müəllimləri uşaqlara rənglərin dili ilə Zəfər mövzusunu necə ifadə etməyin yollarını göstəriblər. Ustad dərsləri uşaqlara rəssamlıq biliklərini inkişaf etdirməyə, eyni zamanda tarixi hadisələrə öz bədii münasibətlərini bildirməyə imkan yaradıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


