Yol Polisi “Təmiz Hava” aylığı elan edib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2025-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı elan edir.
Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq tövsiyə olunur.
Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyənləşdirilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


