“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb
Hesabat dövründə xidmətin psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə fərdi şəkildə görüşərək onların ehtiyaclarına uyğun dəstək göstərib. Zəruri hallarda qadınlar hüquqi məsləhət, tibbi yardım və sosial müdafiə imkanlarından yararlanmaq üçün müvafiq dövlət qurumlarına, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib. pizza mizza
2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyətini davam etdirir. Xidmətin əsas məqsədi zorakılıq hallarında operativ və kompleks psixososial yardım göstərmək, qadınların reabilitasiyasını və cəmiyyətə reinteqrasiyasını təmin etməkdir. Bu məqsədlə QDX icma əsaslı hüquq klinikaları, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.
24/7 rejimdə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” ilə 116111 qısa nömrəsi, Facebook və Instagram sosial şəbəkələri vasitəsilə əlaqə saxlamaq mümkündür.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


