Ermənilər Rusiyaya etiraz edirlər
Sürücülər daha sonra səfirdən ölkəsinin Ermənistanın Xarici İşlər nazirliyi ilə əlaqə saxlamasını tələb etmək üçün İrəvandakı Rusiya səfirliyinin binasına yollanıblar. Əks halda onlar sabah səhər saatlarında yük maşınları ilə Ermənistanın yollarını bağlayacaqları hədəsini səsləndiriblər.
Qeyd edək ki, bu il yanvarın 1-dən Rusiyanın vizasız rejimdə olduğu ölkələrin əmək fəaliyyəti ilə bağlı olmayan məqsədlərlə Rusiyaya gələn vətəndaşları təqvim ili ərzində burada 90 gün qala bilərlər. Halbuki ona qədər bu müddət yarım ildə 90 gün təşkil edirdi.
Erməni sürücülər bildirirlər ki, Qazaxıstan öz sürücülərinə qoyulmuş qadağanın aradan qaldırılmasını uğurla təmin edib. Onların fikrincə, Ermənistan da bu problemi həll etməyə çalışmalıdır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan Rusiya etiraz







Vaxtında, Aydın, Lazımlı!


