“Amerikalılar onsuz da Rusiya qazını Avropadan tamamilə sıxışdırıb çıxaracaqlar. Biz başa düşməliyik ki, bu və ya digər razılaşmalara baxmayaraq, Rusiya Avropanı amerikalılara uduzdu. Ukrayna da bu prosesə töhfə verib”, - Ukrayna lideri qeyd edib.
Sentyabrın sonunda Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) 2027-ci ilə qədər Rusiyanın enerji idxalına “daimi” qadağa qoyacağını açıqlayıb. Xanım Lyayen Aİ və ABŞ-nin “Rusiyanın ənənəvi yanacaq gəlirlərini tez bir zamanda kəsmək” planları barədə razılığa gəldiyini bildirib.
|
| AK sədri: “Moskva və Pekin bayram edəcəkdilər” |
Bununla belə, Macarıstanın baş naziri Viktor Orban, ABŞ prezidenti Donald Trampın tələblərinə baxmayaraq, Budapeştin Rusiyadan ənənəvi enerjidaşıyıcıları almağa davam edəcəyini və Rusiyanın enerji təchizatının kəsilməsinin öz ölkəsinin iqtisadiyyatı üçün “fəlakət” olacağını respublikaçıya çatdırdığını bildirib.
Macarıstanın baş naziri həmçinin Ursula fon der Lyayeni sözügedən müqaviləyə görə sərt tənqid edərək , AK sədrinin Amerika qarşısında səlahiyyətinə aid olmayan öhdəliklər götürdüyünü vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


