Qalada bir nəfər süni göldə batıb

Qalada bir nəfər süni göldə batıb
  20 Oktyabr 2025    Oxunub:769
Bakı şəhəri Qala qəsəbəsində süni göldən bir nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti