Oğlunun ölümünə dözməyib ürəyi partladı

   Oğlunun ölümünə dözməyib ürəyi partladı
  22 Oktyabr 2025    Oxunub:680
Ələt qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobili yolu keçən iki piyadanı vurub.
Qəza zamanı ölənlər Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayonu, Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Manafov Mehdiqulu Allahyar oğludur.

Onlar “AzərEnerji” ASC-nin Ələt qəsəbəsində yerləşən Elektrik şəbəkəsinin işçiləri olublar və işdən qayıdarkən hadisə baş verib. Hadisəni eşidən mərhum A.Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti