Qarabağda kanat yolu tikintisinin vəsait həcmi açıqlanıb

Qarabağda kanat yolu tikintisinin vəsait həcmi açıqlanıb
  22 Oktyabr 2025    Oxunub:827
Bu ilin yanvar-sentyabr aylarında Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat xərclənib.
AzVision.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Yolun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1 317 metr təşkil edəcək. Hərəkət müddət 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur. Layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasında mühüm rol oynayacaq.

AzVision.az


Teqlər: Qarabağ   kanat-yolu  



Xəbər lenti