Təlim turizm sahəsində insan alveri üzrə risklər barədə məlumatlılığı artırmaq, turizm sənayesini baş verə biləcək mümkün hallarda qabaqlayıcı tədbirlər və düzgün davranış mexanizmləri üzrə maarifləndirmək məqsədilə təşkil edilib.
Təlim zamanı iştirakçılara insan alverinin mahiyyəti, qanunvericilikdə nəzərdə tutulan istismar növləri, insan alverində qurbanların müəyyən edilməsi istiqamətində əsas hərəkətlər, vasitələr və məqsədlər barədə ətraflı məlumat verilib.
Həmçinin insan alveri qurbanlarının fiziki, sosial və davranış göstəriciləri, cinsi istismar, uşaq alveri və istismarı kimi mövzular müzakirə olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


