Bakı metrosunda sərnişin ölüb

Bakı metrosunda sərnişin ölüb
  22 Oktyabr 2025    Oxunub:418
Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

"Sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti