Mediasiya Şurası hesabat verdi

 Mediasiya Şurası hesabat verdi
  23 Oktyabr 2025    Oxunub:5357
Mediasiya Şurası fəaliyyətə başladığı gündən yaratdığı ənənəyə sadiq qalaraq, 2025-ci ilin 3-cü rübünə dair hesabatını təqdim edib.
Qurumdan AzVision.az -a verilən xəbərə görə, cari ilin 3-cü rübü ərzində mediasiya təşkilatlarına ümumilikdə 15.157 müraciət daxil olub. Daxil olan müraciətlərdən 13.879-u ailə mübahisələri, 1.104-ü əmək mübahisələri, 30-u kommersiya mübahisələri, 144 müraciət isə mülki mübahisələr üzrədir.



Daxil olan müraciətlərdən 13.739 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 6.690, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 2.202-dir.



2025-ci ilin 3-cü rübündə ümumilikdə 2.184 barışıq sazişi imzalanmışdır ki, bu da 45% uğurlu nəticə deməkdir. Əldə edilən barışıqlardan 1.817 barışıq ailə, 327 barışıq əmək, 11 barışıq kommersiya, 29 barışıq isə mülki mübahisələrlə bağlı müraciətlər üzrədir.



Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqa vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub. Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.


AzVision.az


Teqlər: MediasiyaŞurası   Hesabat  



Xəbər lenti